Mübadilə proqramları

Erasmus+ mübadilə programı


Erasmus+ mübadilə proqramı Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.

 

Davam etmə müddəti


Mübadilə müddəti 3 aydan (1 semestr) 12 aya (2 semestr) qədər davam edə bilər.

 

Şərtlər


Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr pilləsinin II kursunda, III kursun ilk yarımilində və ya magistratura pilləsinin I kursunda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, şəxsi inkişafa yönəlməlidir.

 

Tələbələrin proqram üçün seçilməsi iki mərhələdə aparılır:

 

  1. Elektron müraciət
  2. Müsahibə

 

Elektron müraciət üçün əsasən aşağıdakı sənədlər tələb edilir:

 

- Akademik transkript

- Müraciət edilən proqramın tələb etdiyi dil sertifikatı (IELTS/TOEFL və ya Test Daf və s.)

- CV

- Motivasiya məktubu

- Pasportun surəti

- Qəbul edən universitetdə keçiləcək və ADNSU-da tədris planında nəzərdə tutulan fənlərlə uyğunlaşan fənlər (min. 15 kredit təşkil etməlidir)


Müraciətlər açıq elan olunduğu zaman elanları Universitetin elan lövhələrində, “Elanlar” bölməsində və ya facebooksəhifəmizdən izləyə bilərsiniz.

 

Maddi dəstək


Erasmus+ mübadilə proqramı tərəfindən tələbələrin səyahət və yaşayış xərcləri qarşılanır. Bu xərcləri əhatə edən təqaüd ölkədən, ölkələrarası məsafədən, təqaüdə müraciət edən tələbələrin sayından asılı olaraq dəyişə bilər. Erasmus+ mübadilə tələbələri təhsil aldıqları müddət ərzində təhsil haqqı, qeydiyyat, imtahan, eləcə də laboratoriyalardan və kitabxanadan istifadə etmək xərclərindən azad olur.

 

Necə müraciət etməli

 

Mübadilə proqramına beynəlxalq və ya universitetinizdə fəaliyyət göstərən Erasmus+ ofisi vasitəsi ilə müraciət edə bilərsiniz.

 

ADNSU-da Erasmus+


2015-ci ildən bəri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Erasmus+ Beynəlxalq Kredit Mobilliyi proqramı çərçivəsində müxtəlif xarici universitetlərlə əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışır. Universitet əməkdaşlıq əlaqələrini genişləndirməyi və irəliləyən semestrlərdə tələbələr üçün yüksək səviyyəli təhsilin təqdim olunmasını planlaşdırır. Türkiyənin Orta Doğu Texniki Universiteti (ÖDTÜ), İspaniyanın Alkala Universiteti (University of Alcala), Fransanın Strasburq Universiteti (University of Strasbourg) ilə tələbə mübadiləsini həyata keçirir. Universitetlərin hər hansı birinə müraciət etmək istəyənlər Beynəlxalq Əməkdaşlıq Şöbəsinə yaxınlaşa bilər

 

Proqramda iştirak proseduru

 

Erasmus+ beynəlxalq kredit mobilliyi proqramında iştirak etmək üçün iştirak prosedurunu aşağıdakı keçiddən yükləyə bilərsiniz:



Erasmus+ iştirak proseduru

 

Akademik heyət nümayəndələri üçün Erasmus+ 

 

Yuxarıda göstərilən Erasmus+ əməkdalıqları çərçivəsində tələbə mübadiləsi ilə yanaşı müəllimlərin də mübadiləsi nəzərdə tutulur. Müəllim mübadiləsi əsasən 5 gün təşkil edir və müəllimin həmin 5 gün ərzində paylanmış 8 saatlıq tədris saatlarından ibarət olur. Müəllimlər Erasmus+ mübadilələrinə müraciət edərkən onlardan tələb edilir:

 

- B2 səviyyəsində dil biliyi

 

- CV

 

-Gediləcək Universitetdə tədris ediləcək fənn (lər) və mövzunun (ların) qısa icmalı (bu təklif formasında olmalıdır, çünki, tədris ediləcək fənlər və saatlar müəllim seçildikdən sonra qəbul edən universitetlə əlaqədə dəqiqləşdirilir).

 

 

Mevlana mübadilə proqramı nədir?

 

Mevlana mübadilə proqramı çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif ölkələrinin universitetlərində və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın əsas məqsədi Türkiyədəki universitetlərlə dünyadakı universitetlər arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.

 

Proqrama uyğunluq göstəriciləri

 

Bakalavr pilləsinin tələbələri üçün orta qiymət göstəricisi 2,5/4 (62%), magistratura və doktorantura pillələri üçün isə orta qiymət göstəricisi ən azı 3,0/4 (75%) olmalıdır. Dəyərləndirmə zamanı, tələbələrin həm dil bacarıqları, həm də akademik göstəriciləri eyni dərəcədə nəzərə alınır.

 

Akademik heyətin mübadiləsi

 


Mevlana proqramı çərçivəsində akademik heyətin mübadiləsi minimum 2 həftə, maksimum 3 ay müddətinə qədər mümkündür.

 

 

Mevlana mübadilə proqramında iştirak şərtləri nədir?

 

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, magistr və ya doktrantura tələbəsi olmalı,

 

  • Bakalavr tələbələrinin akademik qiyməti  70 və ondan yüksək olmalı,

 

  • Magistratura və ya doktrantura tələbələrinin  akademik qiyməti  80 və ondan yüksək olmalı,

 

  • Türk dili və ya İngilis dilindən kafi dərəcədə dil bilgisinə dair beynəlxalq sertifikat təqdim etməlidir.

 

  • ASOİU-nun akademik heyəti

 

 

Mevlana mübadilə proqramında iştirak etmək üçün hansı sənədlər tələb olunur?

 

Birinci mərhələ üçün tələb olunan sənədlərin siyahısı:

1. TYS/İELTS sertifikatı (tədris dilinə görə dəyişir)

 

2. Akademik transkript

 

3. Mevlama proqramına müraciət edənlər http://www.yok.gov.tr/web/mevlana/belgeler;jsessionid=09F3022F4ACE73285EA3CBF15C7930F5 linkinə daxil olaraq aşağıdakı sənədləri doldurub, fakültə dekanına imzalatdıqdan sonra  ASOİU-nun Beynəlxalq əlaqələr ofisinə təqdim etməlidilər: 

 

Tələbələr: Öğrenci Bilgi Formu , Öğrenci Başvuru Formu   Aday Öğrenci Başvuru Formu  

 

Akademik heyət: Öğretim Elemanı Bilgi Formu,  Öğretim Elemanı Katılım Belgesi,  Öğretim Elemanı Hareketlilik Programı 

 

 

Mevlana Protokolu imzalanmış universitetlərin siyahısı:

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  ilə Türkiyə universitetləri arasında Mevlana mübadilə proqramı çərçivəsində aşağıdakı universitetlər ilə Mevlana  Protokolu imzalanmışdır:  

 

Universitetlərin tam siyahısı

 

Qeyd: Siyahı mütamadi olaraq yenilənir. Daha ətraflı məlumat üçün ASOİU-nun Beynəlxalq əməkdaşlıq ofisinə müraciət etməyiniz xahiş olunur.

 

 

 

Mübadilə Proqramının Təqvimi

 

Proqrama müraciət fevral-mart aylarında başlayır və sənədlərin qəbulu haqqında müvafiq elan http://www.yok.gov.tr/web/mevlana/anasayfa saytında yerləşdirilir.

 

Müsabiqədən uğurla keçmiş namizədlərin adları iyul-avqust aylarında açıqlanır.

 

 

Sənədlərin dəyərlindirilməsi:

 

Sənə qəbulu başa çatdıqdan sonra ASOİU-nun Beynəlxalq  əməkdaşlıq ofisi müraciət edənlərin sənədlərini Türkiyənin müvafiq ali təhsil məktəblərinə göndərir. Türkiyə universitetləri qeyd olunan sənədləri dəyərləndirdikdən sonra YÖK (Ali Təhsil Qurumuna) ötürür.  Yay aylarında nəticələr elan olunduqdan sonra müsabiqədə uğur qazanmış namizədlər bir sonrakı mərhələyə keçirlər.

 

 

Sənədləşmənin növbəti mərhələsi:

 

Müsabiqədən uğurla keçən tələbələr http://www.yok.gov.tr/web/mevlana/belgeler;jsessionid=09F3022F4ACE73285EA3CBF15C7930F5  linkinə daxil olaraq aşağıdakı sənədləri doldurub, fakültə dekanına imzalatıp  ASOİU-niun Beynəlxalq əlaqələr ofisinə təqdim etməlidilər: 

 

Öğrenim Protokolü, Öğrenci Katılım Belgesi, Öğrenci Yükümlülük Sözleşmesi  

 

Qeyd: sənədlər universitetlərin tələblərinə görə dəyişə bilər!

 

Sənədləşmə mərhələri tamamlandıqdan sonra iyul-avqust aylarında ASOİU-nun Beynəlxalq  əməkdaşlıq ofisi müsabiqədən uğurla keçmiş namizədlərə qəbul sənədlərini təqdim edir. Beləliklə, növbəti tədris ililndən etibarən uğur qazanmış namizədlər Mevlana proqramının iştirakçısı hesab olunur.

 

 

Təqaüdlər

 

Proqramın hər bir iştirakçısı təqaüd alacaq. Azərbaycan universitetlərin tələbələri üçün təqdim olunan təqaüd ortalama hesabla 750 TL-dir. Daha ətraflı bu linkdə:

http://www.yok.gov.tr/documents/757816/14061859/ogrenci_burslarina_iliskin_karar.pdf Təqaüdün 70%-i əvvəcədən, 30%-i isə tələbənin son nəticədəki müvəffəqiyyətinə bağlı olaraq öndənilir.  

 

Azərbaycan universitetlərin müəllimləri üçün təqdim olunan təqaüd 1 ay üçün ortalama hesabla 2250 TL-dir. Daha ətraflı bu linkdə:

http://www.yok.gov.tr/documents/757816/14061859/ogretim_elemanina_iliskin_karar_%28portfolyosu_degisim_suresi_odemeler_vs%29.pdf/4db5901a-4315-4318-bd0a-be55dedb8484 Proqramda iştirak edəcək akademik heyətin yol və yaşayış xərcləri proqram çərçivəsində qarşılanır. Günlük yaşayış xərcləri təxminən 30 TL olaraq nəzərdə tutulmuşdur. 

 

Qeyd: Təqaüdlər Tükiyənin şəhər və universitetindən asılı olaraq dəyişə bilər.