Card image cap

Bu gün ADNSU-da ilk dərs “27 sentyabr- Anım günü” nə həsr olunub

       Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs 27 sentyabr -Anım gününə həsr olunub.

       Dərslərdə 27 sentyabr 2020-ci il tarixdə Erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri növbəti təxribatın qarşısının alınması məqsədilə müzəffər ordumuzun əks-hücum əməliyyatı nəticəsində uzun illər düşmən işğalında olan torpaqlarımızın azad edilməsindən danışılıb. Həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” kimi birləşərək qazandığı şanlı Zəfərin tarixi əhəmiyyəti qeyd olunub.  

          Sonra Vətən müharibəsində və eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.