Card image cap

Azİİ e-Kitab Evində “ 28 May - Müstəqillik Günü” adlı kitab sərgisi təşkil olunub

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 28 May - Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.

Sərgidə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Azərbaycanda dövlətçilik ənənələrinin bərqarər olunmasından bəhs edən nəşrlər, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin və müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar yer alıb.