Card image cap

Yuxarı sinif şagirdləri ADNSU-da ekskursiyada olublar

Mayın 18-də "Qaradağ Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə 294 və 228 saylı tam orta məktəblərin tədrisdə yüksək nəticə göstərən 10 və 11-ci sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.

Şagirdlər əvvəlcə ADNSU-nun Şəhid məzun və tələbələrinə həsr olunmuş guşəni ziyarət edib, vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonra tələbələr universitetin tarix muzeyini ziyarət edib, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar. Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev məktəblilərə rektor, professor Mustafa Babanlının salamını çatdıraraq, universitetin 100 ildən çox olan tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.

Daha sonra Mineralogiya muzeyini ziyarət edən şagirdlər burada qorunub saxlanılan müxtəlif növ minerallar və qiymətli eksponatlarla tanış olublar. Şagirdlər universitetin kitabxanasını, laboratoriyaları gəzib, universitetdə tədris prosesi ilə yaxından tanış olublar.

Qeyd edək ki, ekskursiyanın məqsədi şagirdləri ali məktəb mühiti ilə yaxından tanış etmək və  onlarda motivasiya hissini inkişaf etdirməkdir.