Card image cap

ADNSU “WORK4CE” layihəsi çərçivəsində keçirilən işçi görüşdə iştirak edib

11-12 Oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu “WORK4CE” layihəsi çərçivəsində layihənin koordinatoru olan Fachoshule Dortmund universitetinin təşkilatşılığı ilə hibrid formada layihənin işçi görüşü keçirilib.

Görüşdə ADNSU-nun İT və innovasiyalar üzrə rektorun müşaviri Rasim Abdullayev,  Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva, Kompüter mühəndisliyi kafedrasının müdiri Nazilə Rəhimova, Kompüter mühəndisliyi kafedrasının müəllimləri Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.

İki gün davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  edərək, layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

Qeyd edək ki, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Work4CE” layihəsinə üzv olan ölkələr: Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğu aradan qaldırmasını nəzərdə tutur.