Card image cap

UFAZ-da “Fransız-Azərbaycan əmək və karyera sərgisi” keçiriləcək

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində UFAZ “Fransız-Azərbaycan əmək və karyera sərgisi” keçiriləcək. Sərgidə Təhsil nazirinin, Fransanın Azərbaycandakı səfirinin, Azərbaycan-Fransa Ticarət Palatasının sədrinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorunun, Fransanın azərbaycanlı məzunları Assosiyasıyasının sədrinin və digər rəsmilərin iştirakı nəzərdə tutulur. Sərgi təhsilin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə fransız ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan karyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir. Sərgidə fərqli sektorlar üzrə fransız və azərbaycan şirkətlərinin- Alstom, İbis, Paşa Bank, Schlumberger, Schneider – Electric, Société Générale, Total-Energie və s. stendləri nümayiş olunacaq. Sərgi 09:30-dan 18:30-dək davam edəcək.