Card image cap

ADNSU-nun rektoru doktorantlarla görüşüb

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 2020/2021-ci ildə ADNSU-ya qəbul olan doktorant və dissertantlarla  görüşüb.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova iştirakçıları salamlayaraq cari tədris ilində universitetin doktorantura səviyyəsinə qəbulun statistikasını açıqlayıb. Eyni zamanda universitet üzrə 2011-2021-ci illərdə Fəlsəfə  və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul göstəriciləri barədə geniş təqdimatla çıxış edib.

Doktorantlarla görüşdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı  ADNSU-da doktorantura səviyyəsinin prioritet istiqamət olduğunu və bu sahəyə böyük diqqət ayrıldığını deyib. Universitetin tədqiqat mərkəzi kimi faəliyyəti  üçün elmi işlərin vacibliyini qeyd edən rektor M.Babanlı yeni texnologiyalar və innovativ metodların tədrisdə tətbiqinin əhəmiyyətindən və elmi inkişaf etdirməyin əsas istiqamətlərindən söz açaraq, elmi işlərin kifayət qədər olmamasına və mövcud problemlərə toxunub. Bu məsələdə doktorant və  dissertantların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan rektor M.Babanlı sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb.