Card image cap

Azİİ e-Kitab Evində “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil olunub

Sentyabrın 27-də respublikanın hər yerində Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla anılıb. O cümlədən  Azİİ e-Kitab Evində də ənənəyə uyğun olaraq “27 sentyabr Anım günü” adlı kitab sərgisi təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən  siyasətindən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə həsr olunmuş kitablar və dövri mətbuatda canlandırılan materiallar sərgidə yer alıb. Sərgi həmçinin,  virtual formatda da hazırlanıb və oxucuların diqqətinə çatdırılıb.