Card image cap

ADNSU-nun 11 tələbəsi yazı müsabiqəsinin qalibi olub

YAP Nəsimi rayon təşkilatının dəstəyi ilə "Şəhid qardaşıma məktub" mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqəyə Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrindən 1000 tələbə qoşulub. Onlardan 45 tələbənin inşa yazısı mükafatlandırılıb. Mükafatçılar arasında 11 tələbə ADNSU-nun tələbəsidir. Sentyabrın 24-də şəhidlərimizin valideyinlərinin iştirakı ilə keçirilən tədbirdə mükafatlar qaliblərə təqdim olunub.