Card image cap

Braziliyanın “Campinas” Universitetinin professoru ADNSU-da seminar keçib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Braziliyanın “Campinas” Universitetinin Qida mühəndisliyi ixtisası üzrə tanınmış beynəlxalq eksperti, professor Amin Mousavi Khaneghah seminar keçib. Seminarda ADNSU-nun gənc alimləri, doktorantlar iştirak ediblər.

Yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc edilməsi qaydaları haqqında geniş danışan A.Mousavi məqalə yazmaq üçün öncə elmi istiqamətin, mövzunun düzgün seçilməsi, işlənib hazırlanması  və metrik bazalarda dərci üçün müraciətin önəmli olduğunu deyib. O, elmi tədqiqat işlərinin və eləcə də elmi məqalələrin yazılma qaydaları, əsas müddəalar və mövzuların işlənmə prinsipi haqqında təqdimatla çıxış edib. Bildirib ki, yazılmış hər hası bir elmi məqalə nə qədər çox dərc olunarsa, çoxlu oxucusu olan jurnallarda tirajlanarsa, o zaman müəllifə olan tələbat da artır, təbii ki istinadlar da çoxalır. Məqalənin dərci və yayımlanması onun yazılması qədər vacibdir və əhəmiyyətlidir.

Amin Mousavi Khaneghah seminarın sonunda iştirakçıları marqlandıran sualları cavablandırılıb.