Card image cap

ADNSU müəllimlərinin layihələri “Gələcək üçün bacarıqlar” layihəsi üzrə növbəti mərhələyə keçib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”  və layihəyə qoşulan universitetlər tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi üzrə müsahibələr başa çatıb.

Layihənin növbəti komponenti olan "Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə münsiflər heyəti tərəfindən Anlaşma Memorandumu imzalamış və layihəyə qoşulmuş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də daxil olmaqla 4 universitetin 50 müəllim heyəti ilə mərhələli şəkildə müsahibə keçirilib. Müsahibələrin nəticələrinə əsasən hər universitet üzrə kriteriyalara uyğun 5 müəllim olmaqla, ümumilikdə 20 müəllim növbəti mərhələdə iştirak haqqı qazanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri İsmayılov Elviz , Sadıqova Aysel, İbrahimov Fuad,  Əhmədova Əsmət və Ağayev Fuad növbəti mərhələyə keçib.

Qeyd edək ki, sentyabr ayından etibarən 1 ay davam edəcək “Mentorluq üzrə ixtisaslaşma proqram”ı ərzində  sahəvi mütəxəssislər tərəfindən startap və inkubasiya prosesləri, mentorluq fəaliyyəti  və onların yol xəritələri, layihə proseslərinin idarəolunması və s. kimi mövzularda fiziki təlimlər keçiriləcək və layihə iştirakçılarının mentor kimi ixtisaslaşması təmin ediləcək. 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.