Card image cap

ADNSU-da yeni müasir tipli tədris otağı açılıb

İyulun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Erasmus proqramı çərçivəsində Magnus layihəsi əsasında müasir tipli tədris otağı açılıb. Layihə əsasında otaq əsaslı təmir olunub, müasir texniki avadanlıqlar və kompüter sistemi ilə təchiz olunub.

Burada mobil tətbiqlərin hazırlanması və oyun dizaynı ixtisaslaşmaları üzrə təhsil alan magistrlər dərs alacaqlar. Bu ixtisas universitetdə yenidir və tədris ingilis dilindədir. Artıq yeni tədris ilindən yeni tədris otağı mobil tətbiqlərin hazırlanması və oyun dizaynı ixtisaslaşmaları üzrə təhsil alan tələbələrin ixtiyarında olacaq.