Card image cap

AZİİ Kitab Evi işğalından azad olunan bölgələrdəki kitabxanaların fonduna 100 adda kitab hədiyyə edib

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına ADNSU AZİİ Kitab Evi də qoşulub.

ADNSU AZİİ Kitab Evinin direktoru Səlahət Mahmudova Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə həyata keçirilən “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın önəmini vurğuladı və yaradılacaq yeni kitabxanaların fondunun bərpa edilməsi üçün bu addımın təqdirəlayiq bir addım olduğunu bildirdi. ADNSU AZİİ Kitab Evi 100 adda 120 nüsxə kitabı işğalından azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.