Card image cap

ADNSU-da Elmi Şuranın onlayn iclası keçirilib

İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın onlayn formatda növbəti iclası keçirilib.

Gündəlikdə olan məsələlər haqqında iclas iştirakçılarına məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2020/2021-ci tədris ilinin illik hesabat məruzəsi ilə çıxış edib. O cari tədris ilinin qəbul statistikası, əsas fəaliyyət istiqamətləri üzrə göstəriciləri həmçinin imtahan sessiyasının nəticələri, struktur dəyişiklikləri, eləcə də tədrisin innovasiyalaşdırılası istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin tədris prosesi zamanı müasir texnologiyaların istifadəsini təmin etmək və ingilis bölmələrində keyfiyyətli tədris üçün atılan addımlardan danışan rektor, M.Babanlı ingilis dilinin tədrisi, elektron universitetin  tətbiqi, İT kusrlarının təşkili, eləcə də elmi ezamiyyətlər barədə danışıb. Bundan əlavə, rektor M.Babanlı yeni tədris ilindən laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi, veb-distant auditoriyaların yaradılması və nəzərdə tutulan digər islahatlardan danışıb.                                                              

Daha sonra universitetdə aparılan islahatlardan irəli gələn bir sıra məsələlər müzakirə olunub, məruzələr dinlənilib. Yeniliklər və universitetin inkişafına uyğun olaraq aparılan dəyişikliklər Şura üzvlərinin müzakirəsindən sonra səsvermə ilə qəbul olunub.

Gündəlikdə duran məsələlər haqda məruzələr dinlənildikdən və müzakirə olunduqdan sonra rektor Mustafa Babanlı görüləcək işlərlə bağlı öz tövsiyələrini verib və müzakirəyə çıxarılan hər bir məsələnin ADNSU-nun gələcək inkişafını şərtləndirən başlıca məqamlar kimi səciyyələndirərək universitetin professor-müəllim heyətinə uğurlar arzu edib.