Card image cap

ADNSU-nun yeni layihəsi Beynəlxalq standartlara uyğunluq sertifikatı alıb

İyunun 23-də Azəbaycan Dövlət Neft və Sənaye Unveristetində (ADNSU) Unversitet Layihəsi çərçivəsində hazırlanmış yeni model “Zəfər” ZMS100x70 tipli siyirtməsinin Beynəlxalq standartlara uyğunluq sertifikatının Hydasun Rapid Solutions LLC sirkəti tərəfindən təqdimatı keçrilib. “Zəfər” ZMS100x70 siyirtməsi 2019 cu ildə ADNSU-nun rektoru, professor Mustafa Babanlının təşəbüsü ilə Unversitet Layihəsi çərçivəsində “Sənaye maşınları” kafedrasının müdiri v.m.i.e., dos. Camaləddin Aslanovun rəhbərliyi ilə “Neftqazmaş” ASC ilə birgə ərsəyə gətirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və layihənin ərsəyə gəlməsində iştirak etmiş universitetin bir neçə professor-müəllim heyəti, həmçinin  “Neftqazmaş ASC"-nin İdarə Heyyətinin sədri Vahid  Hacıyev,  Hydrasun şirkətinin Azərbaycan üzrə baş meneceri İon Paton, həmin şirkətin Sınaq şöbəsinin rəisi Elnur Həbibov və sınaq eksperti Elnur Namazov, “Ümid Babək” Əməliyyat Şirkətinin nümayəndəsi Məhəmməd Kazımlı itirak edib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı belə bir layihənin müsbət nəticə verməsindən məmnun olduğunu deyib. Qeyd edib ki, universitet olaraq dövlət qurumları və şirkətlərlə əmakdaşlıqda maraqlıyıq və bundan sonra da bu və ya digər formada əməkdaşlığımızı daha genişləndirəcəyik.

Tədbir zamanı məlumat verilib ki,  yeni “Zəfər” ZMS100x70 siyirtməsinin 70MPa işçi təzyidə aqressiv mühit şəraitində neftin, qazın  çıxarılmsında istifadə olunan fontan armaturlarında və neft-qaz quyularının qazılmasında işlədilən qazma manifoldlarında işlədilməsi nəzərdə turulub. İlkin sınaqlardan sonra “Ümüd Babək” Beynəlxalq Əməliyyat Şirkətinin bu siyirtmənin qazma prosesinə tətbiqi ilə bağlı ADNSU-ya olan mürəciəti əsasında siyirtmənin beynəlxalq standartları uyğunluq sertifikatlaşması Hydasun Rapid Solutions LLC tərəfindən aparılıb.

Sonda “Zəfər” ZMS100x70 siyirtməsinin beynəlxalq standartlara uyğunluq sertifikatı  Haydrasun şirkətin Bakı ofisinin rəhbəri İon Paton tərəfindən rektor Mustafa Babanlıya təqdim edilib.