Card image cap

Azİİ e-Kitab Evinin EBSCO HOST akademik informasiya bazasından istifadə imkanları genişləndirilir

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xətti ilə ADNSU-nun professor-müəllim və tələbə heyəti, Azİİ e-Kitab Evinin oxucuları üçün  EBSCO HOST elektron platformasının resurslarından istifadə davam edir. Platforma ali məktəb kitabxanaları üzrə  nəzərdə tutulmuş konkrekt sahələrə aid olan məlumatlardan ibarətdir.

Ali məktəb kitabxanaları üçün onlayn istinad  sistemi olan EBSCO HOST akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür. Eyni zamanda Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu tərəfindən təklif olunmuş 690 adda yeni, yüksək keyfiyyətli jurnallarda universitetin  professor-müəllim və tələbə heyəti  məqalələrini yerləşdirə bilərlər.

Məlumat üçün bildirək ki, Azİİ e Kitab Evi EBSCO HOST akademik informasiya bazasının universitet üzrə informasiya təminatçısıdır.

Maraqlanmaq istəyənlər Azİİ e-Kitab Evinin  library@asoiu.edu.az. ünvanına müraciət edə bilərlər.