Card image cap

Azİİ e-Kitab Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş kitab sərgisi təşkil olunub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş «Heydər Əliyev - 98» və «Ümummilli lider Heydər Əliyev» adlı kitab sərgiləri təşkil olunub.

Sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı, həmçinin ölkənin  beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən  bəhs edən kitablar var. Eyni zamanda sərgidə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı  hadisələri əks etdirən 80 nüsxə kitab və digər nəşrlər yer alıb.

Ulu öndərin 98-ci ildönümünə həsr olunmuş sərgilər həmçinin virtual şəkildə də Azİİ e-Kitab Evinin səhifəsində oxuculara təqdim olunub.