Card image cap

Təhsil naziri UFAZ-ın məzunlarına diplomları təqdim edib

Mayın 5-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Fransanın Strasburq Universitetinin prezidenti Mişel Deneken isə mərasimə virtual şəkildə qoşulub. Tədbir zamanı çıxış edən təhsil naziri UFAZ-ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və məzunları təbrik edib. Daha sonra Emin Əmrullayev UFAZ-ın ilk məzunlarına hər iki universitetin diplomlarını təqdim edib və məzunlara uğurlar arzulayıb. Qeyd edək ki, məzunların bir hissəsi dünya reytinqli universitetlərdə təhsillərini davam etdirir. Məzunların digər hissəsi isə dövlət müəssisələrində və özəl sektorda əmək fəaliyyətinə başlamışdır.