Card image cap

ADNSU-da tələbələrin təcrübə prosesində üzləşdiyi çətinliklər müzakirə edilib

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib. Onlayn formatda keçirilən görüşdə çıxış edən ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova iştirakçıları salamlayaraq görüşün məqsədi və müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

ADNSU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva “UniLab” layihəsi  haqqında  tələbələrə ətraflı məlumat verib. Layihə çərçivəsində tələbələrin istehsalat prosesindəki fəaliyyətlərinə xüsusi diqqət ayrıldıığını diqqətə çatdırıb.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İstehsalat Təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov tələbələrin istehsalat təcrübəsindən və təcrübə müddətində tələbələrin qarşılaşdığı çətinliklərdən söz açıb.  

Daha sonra təcrübə rəhbərləri və sonuncu kurs tələbələri pandemiya şəraitində istehsalat təcrübəsindəki fəaliyyətlərindən danışıblar. Görüşdə həmçinin müəssisələrdə təcrübəyə cəlb edilən tələbələrin əsas çətinliklərindən, nəzəri və praktiki bazanın vəhdətinin əhəmiyyətindən, eləcə də müəssisələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsindən danışılıb, bu prosesdə müəssisə və universitet birliyinin nə qədər mühüm rol oynadığı vurğulanıb.

Görüşün sonunda layihə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.