Card image cap

ADNSU ilə Polşanın Gdansk Universiteti arasında memorandum imzalanıb

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)  ilə Polşanın Gdansk Universiteti arasında onlayn formatda görüş keçirilib. Hər iki universitetin rektorlarının və digər səlahiyyətli şəxslərinin iştirakı ilə keçirilən tədbirdə tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. ADNSU-nun  rektoru, professor Mustafa Babanlı bildirib ki, universitet olaraq qabaqcıl təhsil müəssisələri ilə əməkdaşlığa, qarşılıqlı şəkildə təcrübələrinin bölüşdürülməsinə hər zaman hazırdılar.

Görüş zamanı yaxın günlərdə universitetlərin mütəxəssislərinin prioritet sahələri müəyyənləşdirəcəkləri qeyd olunub. ADNSU-nun  rektoru, professor Mustafa Babanlı və Gdansk Universitetinin rektoru, professor Piotr Stepnowskinin imzası ilə tərəflər arasında  memorandum imzalanıb.