Card image cap

ADNSU-da “UniLab” layihəsi çərçivəsində növbəti “Focus Group Discussion” keçirilib

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə  “UniLab” layihəsi çərçivəsində növbəti “Focus Group Discussion” keçirilib.

Onlayn formatda keçirilən müzakirədə layihə çərçivəsində ADNSU ilə partnyor olan AzerGold QSC, CBM Engineering, Azərbaycan Dəmir Yolları (ADY) QSC, AzinTelecom, Dərs Evi, Ömür klinikası, Azərnerji, Bioloji Təbabət klinikas kimi 10-dan çox dövlət və özəl müəssisənin rəhbərləri və əməkdaşları iştirak edib. Görüşdə universitetlə müəssisələr arasındakı əlaqələrin analizi, əmək bazarı ilə kadr hazırlığının uyğunluğu, tələbə və məzunların istehsalat təcrübəsinin səmərəli təşkili, eyni zamanda əmək bazarının tələblərinə uyğun kadr hazırlığında vahid platformanın yaradılması kimi məsələlər müzakirə olunub.

Konfransı giriş sözü ilə açan ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İstehsalat Təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov tələbələrin istehsalat təcrübəsi prosesindən danışıb və müəssisələrlə mövcud əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Beynəlxalq Əməkdaşlıq Şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva “UniLab” layihəsi üzrə partnyor şirkətlərə görüşün məqsədi və müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

Daha sonra gündəlikdə duran məsələrlərlə bağlı layihə iştirakçıları arasında qrup müzakirəsi aparılıb. Partnyor müəssisələrin nümayəndələri və rəhbərləri çıxış edərək, mövcud durumun köklü analiz olunmasının əhəmiyyətindən danışıblar. Görüşdə həmçinin əməkdaşlıq çərçivəsində razılaşdırılmış işlərin, xüsusilə karyera mərkəzlərinin tələbələrin işlə ilə daha tez təmin olunması məsələsi, mövcud nöqsanların aradan qaldırılması üçün təcrübə prosesinin sistematikləşdirilməsi və səmərəli təşkili, eyni zamanda, universitet-müəssisə əməkdaşlığında SWOT araşdırma panelinin nəzərdən keçirilməsi ətraflı müzzakirə edilib.

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.