Card image cap

ADNSU-da “Schlumberger şirkətində karyera imkanları” mövzusunda seminar keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Schlumberger şirkətində karyera imkanları” mövzusunda onlayn seminar keçirilib.

Seminarda Schlumberger şirkətinin Qazaxıstan filialının nümayəndəsi Daniyal Serikbayev təmsil etdiyi şirkət haqqında geniş təqdimatla çıxış edib. D.Serikbayev şirkətdə iş və təcrübə imkanları, həmçinin işə qəbul mərhələləri və tələb olunan ixtisaslarla bağlı seminar iştirakçılarına ətraflı məlumat verib.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.