Card image cap

ADNSU-nun poliklinikasında universitetin və digər ali məktəblərin əməkdaşlarının vaksinasiyasına başlanacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yaşı 40-dan yuxarı olan əməkdaşlarının 67%-i koronavirus infeksiyasına qarşı peyvənd olunub. Aprelin 12-dən etibarən isə yaşından asılı olmayaraq bütün əməkdaşların vaksinasiyası prosesinə start verilib. Əməkdaşların vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə növbəti həftədən başlayaraq ADNSU-nun poliklinikasında vaksinasiya həyata keçiriləcək. ADNSU əməkdaşlarının vaksinasiyasının tam şəkildə, yəni hər iki doza peyvəndin vurulması prosesinin may ayı ərzində yekunlaşdırılması planlaşdırılır. ADNSU əməkdaşlarının vaksinasiyası tamamlandıqdan sonra digər ali məktəblərin əməkdaşlarına da universitetin poliklinikasında peyvənd vurulması təşkil olunacaqdır. Bununla bağlı artıq işlərə start verilib, poliklinikaya baxış keçirilib, tələb olunan avadanlıqların təchizatı həyata keçirilir, vaksinasiyaya cəlb olunacaq ADNSU və digər ali məktəblərin əməkdaşlarının siyahıları hazırlanıb tamamlanmaq üzrədir. Ali məktəb əməkdaşlarının vaksinasiyası başa çatdıqdan sonra iyun ayından etibarən ADNSU-nun tələbələrinə də peyvənd vurulması nəzərdə tutulur.