Card image cap

ADNSU-nun 5 nəfər müəllimi“Cisco Şəbəkə Akademiyası”-nın təlimlərini uğurla başa çatdırıblar

2020-ci il avqustun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “CISCO” şirkəti arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən universitetin “Kompüter mühəndisliyi” kafedrasının 5 müəllimi (dos. Hacıyev Yaşar, ass. Məmmədov Kənan, ass. Kişiyeva Nübar, ass. Nifdalızadə Fəxri, ass. Əhmədova Əsmət) “Cisco Şəbəkə Akademiyası”-nın İT Essentials (İT-nın Əsasları) kursu üzrə təlimi başa vurublar. Kursu bitirən iştirakçılar sertifikatlarla mükafatlandırılıblar və nəticədə “Cisco Şəbəkə Akademiyası”-nın tədris materialları əsasında tələbələr auditoriyası üçün dərs aparmaq imkanı əldə ediblər.

Qeyd edək ki ADNSU ilə Cisco şirkəti aarsındakı memoranduma əsasən informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kursların universitetin tədris proqramına tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə,  memoranduma əsasən gələcəkdə həm müəllim, həm də tələbələrin öz bilik səviyyələrini artırmaq, onların mütəxəssis kimi yetişdirilməsində digər təlim kurslarının da mənimsənilməsi nəzərdə tutulub:

  • Python
  • CyberSecurity
  • Introduction to IoT
  • Linux
  • CCNA və CCNP