Card image cap

ADNSU “YAŞAT” Fonduna 50000 manat köçürdü

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 50 000 manat köçürüb.

Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80000 manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna isə əməkdaşların könüllü olaraq fərdi qaydada  etdikləri ianələr də daxil olmaq ümumilikdə 200 000 manatdan artıq vəsait köçürüb.