Card image cap

ADNSU-da "HPC-nin tətbiqi perspektivləri (AAHiPC)" mövzusunda onlayn beynəlxalq seminar keçiriləcək

17-18 noyabr, 2020-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə Hindistanın Saint Xavier Kolleci (avtonom) ilə birgə “HPC-nin tətbiqi perspektivləri” mövzusunda universitetin 100 illiyinə həsr olunmuş onlayn beynəlxalq seminar keçiriləcək. Seminarda çox nüvəli hesablama sistemlərində riyazi modellərin qurulması, müxtəlif sənaye sahələrində HPC-nin tətbiqi, HPC və süni intellektin vəhdəti, HPC sahəsində müasir problemlər, iki təşkilat arasında HPC istiqamətində akademik əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Ətraflı məlumat üçün tədbirin proqramını yükləyin.

Seminarda iştirak etmək istəyənlər öz məlumatlarını nigar.ismailova@asoiu.edu.az (subject: workshop) ünvanına göndərə bilərlər.

https://www.dropbox.com/s/752ma01fwbqtfsc/HPC%20program.pdf?dl=0