Card image cap

Strasburq Universitetinin prezidenti Mişel Denekenin UFAZ tələbələrinə müraciəti

Əziz tələbələr, əziz həmkarlar,

Bakı ilə Strasburq arasındakı məsafəyə baxmayaraq, bəzilərinizin müharibədən və onun ağrılı nəticələrindən, Fransanın isə yenidən terror və pandemiyadan təsirləndiyi bir vaxtda Sizə öz dəstəyimizi bildirmək istərdim.

Bizim dualarımız bütün hadisə qurbanları, ələlxüsus da, Gəncə və Bərdə şəhərlərində baş verən terror aktları nəticəsində zərərçəkmiş günahsız insanlarlarladır. Strasburq Universiteti adından bütün UFAZ heyəti və tələbələrinə, eyni zamanda onların ailələrinə baş sağlığı veririk.

Ümid edirik ki, qarşılaşdığınız bu şiddət dalğası ən qısa zamanda öz yerini davamlı sülh gətirəcək dialoq və danışıqlarla əvəzləyəcək.

Universitet ağıl, yaradıcı zəka, açıq fikir və işıq yeridir. Sizlər də bütün bunların UFAZ-da olan iştirakçılarısınız. Sevdiklərimizin və övladlarımızın həyatını yaxşılaşdırmaq, onları ümid və sülhün bərqərar olacağına hazırlamaq bizim ortaq missiyamızdır.

Universitet həm müxtəlif mədəniyyətlərə malik üzvləri, həm də onlar arasındakı hörmət və qarşılıqlı anlaşma, dinləmə və bir-birinə olan xidmət ilə zəngindir. Bu dəyərləri necə həyata keçirəcəyimizi birlikdə müzakirə edək, özbaşınalığın və anlaşılmazlığın bizi birləşdirən və gücləndirən bağları pozmasına imkan verməyək.