Card image cap

Azərbaycan-Fransız Universiteti 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycanın mülki şəxslərinin və obyektlərinin hədəfə alınmasını qınayır.

UFAZ Azərbaycanın mülki əhalisinə hücumlar nəticəsində insan təlafatı və yaralıların olmasından kədərlənir, həyatlarını itirmiş bütün vətəndaşlarımızın ailələrinə və yaxınlarına başsağlığı verir, yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzu edir.
 
UFAZ Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir, Ermənistan-Azərbaycan münaqişəsinin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü qətnamələrinin tələblərinə uyğun olaraq həll olunacağına ümid edir. İnanırıq ki, bu münaqişənin həlli bölgədə sülhün və sabitliyin bərqərar olmasına ciddi təkan verəcəkdir.
 
Hazırkı şəraitdə UFAZ kollektivi olaraq üzərimizə düşən məsuliyyəti dərk edir, Azərbaycan gənclərinin beynəlxalq standartlara uyğun təhsil alması üçün səylərimizi davam edirik.