Card image cap

ADNSU “Azərbaycan universitetlərinə virtual infotur” layihəsində iştirak edib

Iyunun 4-də Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə virtual infotur keçirilib.

Onlayn şəkildə keçirilən təqdimatda universitetdə tədris olunan ixtisaslar, universitetin maddi texniki bazası, beynəlxalq əlaqələr,tələbə mübadiləsi, universitetin tələbələr üçün yaratdığı üstünlüklər və imkanlar, eləcə də tələbə həyatı haqqında ətraflı məlumat verilib.

Onlayn təqdimatın sonunda abituriyentləri və tələbələri maraqlandıran suallar cavablandırılıb